03 mart 2024 21:04
435

“Neftçi” – “Qarabağ” oyununda 5 qol

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” “Qarabağ”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, yarışın 47-ci dəqiqəsində Nəriman Axundzadə hesabı açıb. 60-cı dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Toral Bayramov “Qarabağ”ın üstünlüyünü iki topa yüksəldib.

71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Filip Ozobiç fərqi minimuma endirsə də 90+3-cü dəqiqədə Toral Bayramov yenidən fərqi artırıb – 1-3. Yarışda son nöqtəni 90+7-ci dəqiqədə Leandro Andrade qoyaraq “Qarabağ”ın 1-4 hesablı qələbəsini təmin edib.

Misli Premyer Liqası,

25-ci tur

 3 mart (bazar)

19:00. “Neftçi” 1–4 “Qarabağ”

Qollar: Nəriman Axundzadə, 47 (0:1), Toral Bayramov, 60-pen. (0:2), Filip Ozobiç, 71-pen. (1:2), Toral Bayramov, 90+3 (1:3), Leandro Andrade, 90+7 (1:4)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Neftçi Arena”Qəbələ şəhər stadionu