03 mart 2024 17:57
415

"Qəbələ" qələbəni qoruya bilmədi

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 13-cü dəqiqəsində Urfan Abbasov hesabı açıb. 26-cı dəqiqədə isə Osama Xalayla “Qəbələ”nin üstünlüyünü iki topa yüksəldib.

41-ci dəqiqədə Lukas Afrikonun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğu qarşılaşmanın 58-ci dəqiqəsində Yusif Nəbiyev hesabı azaldıb. 65-ci dəqiqədə isə Rüfət Abdullazadə bakılıların bərabərlik qolunun müəllifi olub. Oyunda son nöqtəni 90+1-ci dəqiqədə “Səbail”in futbolçusu Nir Bardea qoyub – 2-3.

Misli Premyer Liqası,

25-ci tur

 3 mart (bazar)

16:00. “Qəbələ” 2–3 “Səbail”

Qollar: Urfan Abbasov, 13 (1:0), Osama Xalayla, 26 (2:0), Yusif Nəbiyev, 58 (2:1), Rüfət Abdullazadə, 65 (2:2), Nir Bardea, 90+1 (2:3)

Qırmızı vərəqə: Lukas Afriko, 41 ("Qəbələ")

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu