İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, turun mərkəzi matçı bu gün keçiriləcək.
"Mançester Siti" əzəli rəqibi olan "Mançester Yunayted"i qəbul edəcək. Derbi oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Maraq üçün qeyd edək ki, bu komandalar indiyə qədər 191 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Mançester Siti" 60, "Mançester YUnayted" 78 dəfə qaib gəlib. 53 dəfə isə heç-heçə qeydə alınıb.
Hazırda "Mançester Siti" 59 xalla 2-ci, "Mançester Yunayted" isə 44 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 63 xalla "Liverpul" başçılıq edir.