03 mart 2024 01:14
505

Ramilin komandasından heç-heçə

Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

R.Şeydayev bu görüşdə iştirak edib. O, 78-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra "Kocaelispor" 45 xalla 3-cü, "Erzurum BB" isə 31 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 61 xalla "Eyüpspor" başçılıq edir.