UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir.
“İki sahil” xəbər verir ki, satılan biletlərin sayı açıqlanıb.
Ağdam klubunun yaydığı məlumata görə, 27 min bilet sahibini tapıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab oyunu isə bir həftə sonra Leverkuzendə olacaq.