02 mart 2024 15:13
383

"Çelsi" 7 futbolçusunu satacaq

"Çelsi" qarşıdan gələn yay transfer pəncərəsində 7 futbolçusunu satacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 

Klub İngiltərə Premyer Liqasının müəyyən etdiyi transfer limitinə əməl etmək üçün belə addınm atacaq. 

London klubu 100 milyon funt-sterlinq (117 milyon avro) məbləğində oyunçu satmalıdır. "Zadəganlar" hücumçular Romelu Lukaku və Armando Broya, sol cinah müdafiəçiləri Yan Matsen, Mark Kukurella və Lyuis Holl, mərkəz müdafiəçisi Trevo Çalobah, hücumameyilli yarımmüdafiəçi Konor Qallagerlə yolları ayırmağı planlaşdırır.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Çelsi”nin də gələn yay bəzi mövqelərini gücləndirməyi hədəflədiyi barədə məlumatlar yayılmışdı.