01 mart 2024 09:23
451

"Sumqayıt" "Kəpəz"ə qarşı

Bu gün Misli Premyer Liqasında 25-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Sumqayıt" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.

Turun digər oyunları martın 2-si və 3-də keçiriləcək.

Misli Premyer Liqası,

25-ci tur

1 mart (cümə)

19:00.“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

2 mart (şənbə)

16:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Zirə İK stadionu

18:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“Bank Respublika Arena”

3 mart (bazar)

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”