26 fevral 2024 23:42
443

"Qalatasaray" yenidən liderliyə yüksəlib

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.