26 fevral 2024 15:55
318

Bir oyunun başlama saatı dəyişdirilib

Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyununun başlamı saatı dəyişdirilib.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:00-da deyil, 19:00-da start götürəcək.

Qeyd edək ki, görüş martın 1-də keçiriləcək.