26 fevral 2024 13:52
304

Ançelotti Ardanı meydana buraxmaq fikrindən niyə daşınıb?

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Gülerə İspaniya çempionatının 26-cı turunun "Sevilya"ya qarşı matçında (1:0) şans verməməsinin səbəbini açıqlayıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis Modriçin qələbə qolunu vurmasından sonra Güleri ehtiyatdan meydana buraxmaq fikrindən daşındığını söyləyib: 

“Modriçin qolundan əvvəl Güler ​​üçün planım var idi. Lakin sonra fikrimi dəyişdim. Əlbəttə ki, Arda bunu mükəmməl başa düşür. Əgər başa düşmürsə, eybi yoxdur”

Xatırladaq ki, Güler ​​ötən yay "Fənərbaxça"dan "Real"a keçib. 19 yaşlı yarımmüdafiəçi bu mövsüm 3 matçda meydana çıxıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.