25 fevral 2024 18:37
411

"Zirə" 3 qol vurub, 3 xal qazandı

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Araz-Naxçıvan" "Zirə"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, yarışın 20-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo uzaqlaşdırmaq istəyərkən topu öz qapısından keçirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində Rəhim Sadıxov fərqi iki topa yüksəldib. Oyunun 77-ci dəqiqəsində Rafael Utziq bakılıların üçüncü qolunu vurub – 0-3.

Matçda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

24-cü tur

25 fevral (bazar)

16:30. “Araz-Naxçıvan” 0–3 “Zirə”

Qollar: Vanderson Melo, 20-avtoqol, (0-1), Rəhim Sadıxov, 74, (0-2), Rafael Utziq, 77, (0-3)

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu

“Liv Bona Dea Arena”