24 fevral 2024 09:27
453

"Turan Tovuz" "Neftçi"yə, "Səbail" "Sabah"a qarşı

Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək. Görüşə saat 15:00-da start veriləcək. "Sabah" isə "Səbail"in qonağı olacaq. Qarşılaşma saat 17:30-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

24-cü tur

24 fevral (şənbə)

15:00.“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Tovuz şəhər stadionu

17:30.“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
“ASCO Arena”

25 fevral (bazar)

16:30.“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
“Dalğa Arena”

19:00.“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

23 fevral (cümə)

17:00.“Kəpəz” – “Qəbələ” - 2:1