23 fevral 2024 14:18
432

"Qarabağ" Lunyova yeni müqavilə təklif edib

"Qarabağ" qapıçısı Andrey Lunyova yeni müqavilə təklif edib.

“İki sahil” xəbər verir ki, bu haqda futbolçunun agenti Anton Smirnov Rusiyanın "RB Sport" nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Ağdam təmsilçisi rus futbolçu ilə əməkdaşlığı davam etdirmək fikrindədir.

"Müqavilənin artırılması ilə bağlı "Qarabağ"dan təklif gəlib. Hazırda şərtlərin müzakirəsi gedir" - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin yayında "Qarabağ"a keçən Lunyovun müqaviləsi bu ilin iyununda başa çatır.