23 fevral 2024 14:09
411

Obameyanq Avropa Liqasının tarixinə düşdü

"Marsel"in hücumçusu Pyerr-Emerick Obameyanq Avropa Liqasının tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, qabonlu futbolçu pley-off mərhələsinin "Şaxtyor"la cavab matçında (3:1) qol vurmaqla buna nail olub.

34 yaşlı forvard Avropa Liqasının bombardirinə çevrilib. Qollarının sayını 31-ə yüksəldən Obameyanq Radamel Falkaonu (30 qol) qabaqlayıb.