22 fevral 2024 22:03
560

Milli Qəhrəman və Qurban Qurbanov...

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçında Ağdam klubunun azarkeşləri anlamlı xareoqrafiya açıblar.

“İki sahil” xəbər verir ki, fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xareoqrafiyasını hazırlayıblar.

“Ruhumuz şaddır” deyə xareoqrafiyada qeyd olunub.

Qeyd edək ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı, baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.