22 fevral 2024 15:09
486

Türkiyə Superliqasında yeni mövsüm nə vaxt başlayacaq?

Türkiyə Superliqasında 2024/2025 mövsümünün başlama tarixi müəyyənləşib.

"İki sahil" Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yeni mövsümə avqustun 9-u start veriləcək. İlk turun oyunları 9,10,11 və 12 avqust tarixlərində keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında bu mövsüm 26 turdan sonra 69 xalla "Qalatasaray" liderdir.