22 fevral 2024 14:04
435

Klopp: "Liverpul" finalın favoriti deyil

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun finalında "Çelsi"yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis öz komandasını bu görüşün favoriti hesab etmədiyini deyib: 

“Çelsi ilə finalın favoritiyik? Xeyr! Sonuncu dəfə "Çelsi" ilə oynadığımız vaxtdan bəri onlar özlərini xeyli təkmilləşdiriblər. Əminəm ki, çətin matç olacaq”.

Xatırladaq ki, “Çelsi” – “Liverpul” görüşü bazar günü keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.