20 fevral 2024 18:05
511

Almaniya Bundesliqası ilk dəfə azarkeş sayında aşağı dəstədən geri qalıb

Almaniya Bundesliqası ilk dəfə azarkeş sayında aşağı dəstədən geri qalıb.

"İki sahil" "Kicker"ə istinadən xəbər verir ki, II Bundesliqada XXII turun 9 matçını ümumilikdə 284643 azarkeş izləyib.

"Şalke 04" klubunun "Veen"ə (1:0) qalib gəldiyi oyunda tribunada 60542 fanat olub.

Bundesliqanın XXI turunda 261099 tərəfdar qarşılaşmaları stadionda izləyib. Ən çox azarkeş "Köln" - "Verder" görüşündə (50000) qeydə alınıb.