20 fevral 2024 10:14
500

"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov

Hakim-inspektor: Petteri Kari (Finlandiya)