19 fevral 2024 14:51
464

“Kocaelispor”un baş məşqçisi istefaya göndərilib

Azərbaycanlı futbolçu Ramil Şeydayevin də yer aldığı Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qarşılıqlı razılıqla 54 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcının istefasına səbəb komandanın son vaxtlar uğursuz nəticələr göstərməsidir.

Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.