19 fevral 2024 11:13
430

Cəlal Hüseynov Bolqarıstanda növbəti oyuna çıxdı

Bolqarıstan çempionatında 21-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. 

Cəlal da bu matçda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Arda” hazırda 31 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.