19 fevral 2024 00:56
425

Son çempion yenə məğlub oldu

Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Frayburq” - “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Boxum”un qonağı olan “Bayern” isə növbəti məğlubiyyətinə üzülüb.

Hazırda “Bayer” 58 xalla vahid lider, “Bayern” isə 50 xalla ikincidir. “Ştutqart” 46, Dortmund “Borussiya”sı 41, “Leypsiq” 40 xal toplayıb.

Almaniya Bundesliqası,

22-ci tur

18 fevral

Frayburq – Ayntraxt 3:3
Qollar: Doan, 30. Qrifo, 45+5. Qreqoriç, 90 – Marmuş, 27. Knauff, 35; 72.

Boxum – Bayern 3:2
Qollar: Asano, 38. Şlotterbek, 44. Stoger, 78-pen – Musiala, 14. Keyn, 87.


16 fevral

Köln – Verder 0:1
Qol: Njinmah, 70.

17 fevral

Darmştadt – Ştutqart 1:2
Qollar: Seydel, 90+5 – Girassi, 14. Dahud, 90+2.

Haydenhaym – Bayer 1:2
Qollar: Klayndienst, 87 – Frimponq, 45+2. Adli, 81.

Hoffenhaym – Union Berlin 0:1
Qol: Aaronson, 84.

Maynts – Auqsburq 1:0
Qol: Van den Berq, 44.

Volfsburq – Borussiya (Dortmund) 1:1
Qollar: Gerhardt, 64 – Fullkruq, 8.

Leypsiq – Borussiya (Mönxenqladbax) 2:0
Qollar: Simons, 14. Openda, 57.