18 fevral 2024 20:28
428

MPL: Bakı duelini “Neftçi” qazandı

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi” “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, yarışın 11-ci dəqiqəsində Ervin Koffi hesabı açıb.

Qarşılaşma bu hesabla da başa çatıb – 1-0.

Misli Premyer Liqası,

23-cü tur

18 fevral (bazar)

18:00. “Neftçi” 1–0 “Zirə”

Qol: Ervin Koffi, 11

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

“Neftçi Arena”