Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində Aleksandr Ramalinqom hesabı açıb. 31-ci dəqiqədə hesabı bərabərləşdirən Orxan Əliyev 35-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 61-ci dəqiqədə isə A.Ramalinqom dublunu reallaşdırıb.
Misli Premyer Liqası,
23-cü tur
17 fevral (şənbə)
18:30. “Səbail” 2–2 “Araz-Naxçıvan”
Qollar: Aleksandr Ramalinqom, 13 (1:0), Orxan Əliyev, 31 (1:1), 35 (1:2), Aleksandr Ramalinqom, 61 (2:2)
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”