Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah” “Kəpəz”i qonaq edib.
“İki sahil” xəbər verir ki, onunun 6-cı dəqiqəsində Martins Junior hesabı açıb. 38-ci dəqiqədə isə Kahim Parris bakılıların bərabərlik qolunu vurub – 1-1.
Cesse Sekidika 55-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxaran qolun müəllifi olub. 79-cu dəqiqədə isə Kristian Da Silva “Sabah”ın üstünlüyünü iki topa çatdırıb. 84-cü dəqiqədə Amil Yunanov fərqi azaltsa da gəncəlilərin bundan artığına gücü çatmayıb.
Misli Premyer Liqası,
23-cü tur
17 fevral (şənbə)
16:00. “Sabah” 3–2 “Kəpəz”
Qollar: Martins Junior, 6 (0:1), Kahim Parris, 38 (1:1), Cesse Sekidika, 55 (2:1), Kristian Da Silva, 79 (3:1), Amil Yunanov, 84 (3:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”