17 fevral 2024 15:30
479

“Qarabağ”ın akademiyasına yeni menecer təyin olunub

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, Nail Kərimov Ağdam təmsilçisinin futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

N.Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.