16 fevral 2024 23:40
442

Qadın güləşçimiz bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kiloqram) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, idmançı almaniyalı Anna Nuernberqerə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Millinin digər üzvü Birgül Soltanova (62 kiloqram) isə bürünc medal görüşündə rusiyalı Veranika İvanovaya 6:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.