Tanınmış həkim, millət vəkili Rəşad Mahmudov peyvəndlənmə ilə bağlı əhaliyə çağırış edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə instaqram hesabında videomüraciət paylaşıb.
R.Mahmudov infeksion xəstəliklərdən qorunmaq üçün vaxtında peyvənd olunmağın vacibliyini xatırladıb. Həkim #BütünPeyvəndlərəHamılıqlaHəDeyək! marafonunu başladaraq estafeti həmkarı Mədinə Abdullayevaya ötürüb.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib