16 fevral 2024 14:51
362

Yurgen Klinsmann istefaya göndərildi

Cənubi Koreya millisinin baş məşqçi Yurgen Klinsmann istefaya göndərilib.

"İki sahil" BBC-yə istinadən xəbər verir ki,  Asiya kubokundakı uğursuz nəticəyə görə bu qərar verilib. 

Cənubi Koreya yığması turnirin yarımfinalında İordaniyaya məğlub olub - 0:2.

Qeyd edək ki, almaniyalı mütəxəssis ötən ilin fevralında milliyə baş məşqçi təyin edilmişdi. Onun müqaviləsi DÇ-2026-nın sonuna qədər idi.