16 fevral 2024 14:30
429

Neymar 4 aydan sonra məşqlərə başladı

Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar məşqlərə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Neymar idman zalında fərdi hazırlıq keçir. 

Xatırladaq ki, 32 yaşlı futbolçu 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb və əməliyyat olunub.