"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
***
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda altıncı qol vurulub.
“İki sahil” xəbər verir ki, 90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə fərqi bir qədər azaldıb - 2:4.
***
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb.