16 fevral 2024 00:02
435

Olimpiya oyunlarında yaxşı nəticələr əldə edəcəyik - Avropa çempionu

Rəqiblərimi əvvəldən tanıyırdım, yarışa kimlərin gəldiyini bilirdik.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

“Yarışa hazırlıqlarımız çox yaxşı keçdi. Xorvatiyada bir çox ölkələrin idmançılarının qatıldığı təlim-məşq toplantısını keçmişdik. Şükür Allaha, bunun bəhrəsini gördük. Rəqiblərimin hamısını məşqçilərlə analiz etdik. Hər bir rəqibin gücünü analiz edib, onunla necə mübarizə aparacağım barədə düşünmüşdüm”, - o deyib.

H.Cəfərov olimpiya oyunlarına səylə hazırlaşacağını vurğulayıb:

“İnşallah var gücümüzlə çalışıb, səhvlərimizin üzərində işləyib, yaxşı hazırlaşıb olimpiya oyunlarında yaxşı nəticələr əldə edəcəyik”.