15 fevral 2024 23:28
444

Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq - Mikayıl Cabbarov

Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq!

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” səhifəsində bildirib.

“Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!”, - paylaşımda qeyd edilib.