16 fevral 2024 00:38
1110

Avropa Liqası: Qarabağ" "Braqa" ilə oyunda hesabı açıb

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.

***

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, qarşılaşma saat 00:00-da start götürüb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

***

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.

“İki sahil” xəbər verir ki, komandalar meydan aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.