16 fevral 2024 00:22
440

Mbappe Neymar və Del Pyeronu geridə qoyub

25 yaşlı forvard Mbappe Çempionlar Liqası tarixində bombardir siyahısında Neymar və Alessandro Del Pyeronu geridə qoyaraq, Didye Droqba ilə bərabərləşib.

“İki sahil” xəbər verir ki, Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri Kriştianu Ronaldudur - onun turnirdə 141 qolu var.

Lionel Messi 129 qolla ikinci, Robert Levandovski 92 qolla üçüncü yerdədir.