Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbirmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü azyaşlını xilas ediblər.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib