15 fevral 2024 15:34
349

"Yuventus" ona 75 milyon avro qiymət qoydu

"Yuventus"un mərkəz müdafiəçisi Bremer yay transfer pəncərəsində klubu tərk edə bilər. 

"İki sahil" İtaliya mətbuatına istinadə xəbər verir ki Turin klubunun rəhbərliyi 26 yaşlı oyunçunu ən azı 75 milyon avroya ayrılmağa hazırdır.

Qeyd olunur ki, braziliyalı futbolçu üçün "Real", "Arsenal" və "Mançester Yunayted" mübarizə aparır. 

Bremer 2022-ci ilin yayında 44 milyon avroya "Torino"dan "Yuventus"a keçib. Bu mövsüm müdafiəçi klubun heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 2 qol vurub. Onun Turin klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.