14 fevral 2024 09:35
269

240-dan çox rusiyalı idmançı cəzalandırıldı

Ümumdünya Antidopinq Agentliyi (WADA) 240-dan çox rusiyalı idmançını cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, qərar Moskva laboratoriyasından götürülmüş nümunələr əsasında verilib.

Bununla yanaşı, sübutların olmaması səbəbindən irəli sürülən bir neçə ittiham üzrə araşdırma dayandırılıb.