Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 3 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
"Sumqayıt" isə "Zirə"nin qonağı olacaq. Qarşılaşmaya saat 17:15-də start veriləcək.
Günün son oyununda "Nefçi" səfədə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matçın başlama saatı 19:30-dur.
Misli Premyer Liqası,
22-ci tur
13 fevral (çərşənbə axşamı)
15:00.“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu,
17:15.“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Zirə İK stadionu
19:30.“Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”
11 fevral (bazar)
“Qarabağ” – “Sabah” - 3:3
12 fevral (bazar ertəsi)
15:00.“Kəpəz” – “Səbail” - 1:4