12 fevral 2024 12:58
366

Qarabağ"la oyunumuz çox çətin olacaq- Artur Jorje

“Qarabağ”la oyunumuz çox çətin olacaq”.

“İki sahil” xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Braqa” klubunun baş məşqçisi Artur Jorje deyib.

"Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la matça köklənmək lazımdır”.

Qeyd edək ki, fevralın 15-də “Qarabağ” səfərdə “Braqa”nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.