11 fevral 2024 21:09
333

"Qarabağ" - "Sabah" yarışında 4 penalti, 6 qol

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 31-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Marko Yankoviç hesabı açıb. 45+1-ci dəqiqəsində isə İshak Belfodil penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. İ.Belfodil 54-cü dəqiqədə də penaltini dəqiq yerinə yetirərək özünün və “Sabah”ın ikinci qolunu vurub. 64-cü dəqiqədə isə Olavio Juninyo penaltini dəqiq yerinə yetirərək “Qarabağ”ın bərabərlik qolunu vurbu – 2-2.

Matçın 90+5-ci dəqiqəsində Tellur Mütəllimov bakılıları yenidən hesabda önə çıxarsa da 90+7-ci dəqiqədə Yassin Benzia “Qarabağ”ın bərabərlik qolunun müəllifi olub – 3-3.

Yarış bu hesabla da başa çatıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.

Misli Premyer Liqası,

22-ci tur

11 fevral (bazar)

19:00. “Qarabağ” 3–3 “Sabah”

Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu

VAR: Rauf Allahverdiyev

AVAR: Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu