Filippo İnzaqi "Salernitana"nın baş məşqçisi vəzifəsindən qovula bilər.
“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, İnzaqinin varisi 47 yaşlı mütəxəssis Fabio Liverani ola bilər. O, klub rəhbərliyi ilə danışıqlar aparıb və 2024/2025 mövsümünün sonuna qədər müddətə müqavilə bağlamağa razılaşıb. Komanda A Seriyasında qala bilsə, onunla müqavilə uzadıla bilər.
Qeyd edək ki, "Salernitana" İtaliya çempionatının 24 oyunundan sonra cəmi 13 xal toplayıb. Komanda turnir cədvəlində sonuncu yerdədir.