11 fevral 2024 12:06
251

29 görüşdə 20 qol

“Real Madird”in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib. Görüş zamanı britaniyalı yarımmüdafiəçi iki qola imza atıb.

“İki sahil” xəbər verir ki, beləliklə də, Bellinqhem Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bununla da o, əvvəllər “Real Madrid”də oynamış beş görkəmli futbolçunun qol sayını ötüb: David Bekhem (13) , Maykl Ouen (13), Aryen Robben (11), Uesli Sneyder (11) və Mikael Laudrup (12).

Qeyd edək ki, Bellinqhem bu mövsüm komandanın bombardiridir. Cud 21-ci əsrdə bir La Liqa mövsümündə 15 qol həddinə çatan yeganə “Real Madrid” yarımmüdafiəçisidir.