Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.
Son çempion “Qarabağ” vitse-çempion “Sabah”ı sınağa çəkəcək. Premyer Liqada ardıcıl 10 qələbə qazanan Qurban Qurbanovun yetirmələri liderliyini daha da möhkəmlətmək üçün meydana çıxacaq. Baş məşqçisiz Bakı klubu isə üç gün əvvəl kubokun formal xarakterli cavab oyununda məğlub etdiyi rəqibdən xal almağa çalışacaq.
Qeyd edək ki, tura fevralın 13-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
11 fevral
19:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu