10 fevral 2024 21:44
350

"Liverpul" 3 xalı 3 qolla qazandı

"Liverpul" İngiltərə Premyer Liqasının 24-cü turunda "Bernli"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb..

"Liverpul" - "Bernli" - 3:1
Qollar: Jota, 31 (1:0), Oşi, 45 (1:1) Dias, 52 (2:1), Nunes, 79 (3:1)

Bu qələbə ilə xalını 54-ə (24 oyun) çatdıran "Liverpul" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Mersisayd təmsilçisindən 1 görüş az keçirən "Mançester Siti" 52 xalla (23 oyun) 2-ci, "Arsenal" 49 xalla (23 oyun) 3-cüdür.