"Mançester Siti" İngiltərə Premyer Liqasında 24-cü tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Pep Qvardiolanın baş məşqisi olduğu komanda "Everton"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Erlinq Haaland sözgedən görüşdə dubla imza atıb.
"Mançester Siti" - "Everton" - 2:0
Qollar: Haaland, 71, 85
Bu qələbə ilə xalını 52-yə (23 oyun) çatdıran "Mançester Siti" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Liverpul" 51 xalla (23 oyun) 2-ci, "Arsenal" 49 xalla (23 oyun) 3-cdür.