“Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) İtaliya "Roma"sını almağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "La Republica" məlumat yayıb. Sözügedən qurum klub üçün 900 milyon avro təklif edib. "Roma"nın satışı rəsmiləşərsə, yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayrılacaq.
Ötən yay "Roma"nın sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi. Hazırda Səudiyyə Ərəbistanı təmsilçiləri ilə "Roma" arasında danışıqlar gedir. "Roma"nın hüquq şöbəsinin rəhbəri hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır.