07 fevral 2024 18:57
316

"Napoli"dən Xviçaya yeni müqavilə

"Napoli" futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə imzalamağı təklif edib.

"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurentis məlumat verib: “Üç ay əvvəl onun agentləri ilə görüşdük, müqaviləni uzatmağı təklif etdim. Cavab belə oldu: narahat olmayın, biz burada xoşbəxtik,  mövsümün sonunda danışaq”.

Gürcüstanlı oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a kimidir.

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 5 qolun ötürməsini verib.