07 fevral 2024 17:20
327

Tomas Munierin transferi açıqlandı

Dortmund "Borussiya"sından ayrılan Tomas Munierin "Trabzonspor"a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, əsasən PSJ-dəki (2016-2020) çıxışı ilə tanınan Munier 2020-ci ildən "Borussiya"da oynayır. Belçika millisinin üzvü bu mövsüm Dortmund klubunda ümumllikdə 9 oyun keçirib.