06 fevral 2024 18:05
326

PSJ-nin futbolçusu 1/8 final oyununu buraxacaq

PSJ-nin hücumçusu Randal Kolo Muani Fransa kubokunun 1/8 finalında "Brest"lə matçı buraxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 25 yaşlı forvard virusa yoluxub. Oa görə də fransalı futbolçu sözügedən görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək PSJ - "Brest" matçı Bakı vaxtı ilə saat 00:10-da başlayacaq.